0
Saturday 22 October 2022 - 10:53

Yəməndə neft tankerlərinin yan aldığı limana PUA-larla hücum edilib

Story Code : 1020480
Yəməndə neft tankerlərinin yan aldığı limana PUA-larla hücum edilib
SalamNews əl-Məsira telekanalına istinadən xəbər verir ki, ötən gün axşam Yəməndə Hadramaut əyalətinin əl-Zəbba limanına neft gəmisinin yaxınlaşması zamanı bura PUA-larla hücum edilib.

Hücum nəticəsində yanğın baş verib.

Az keçməmiş Yəmənin paytaxtı da daxil olmaqla əksər əyalətlərini nəzarətdə saxlayan "Ənsarullah" hərəkatı (husilər) bəyanat yayaraq, hücumun onlar tərəfindən həyata keçirildiyini bildirib.

Mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələrinin” (husilər) mətbuat katibi briqada generalı Yəhya Səri bildirib ki, bu hücum Yəmənin sərvətini qeyri-qanuni olaraq ölkədən çıxarmaq istəyən və onun neftini qarət etmək istəyənlərə sadə bir xəbərdarlıqdır.

Qeyd edək ki, “Ənsarullah” hərəkatı bundan öncə əl-Hudeyda limanına neft və neft məhsulları daşıyan gəmilərin buraxılmamasına görə atəşkəs müddətini artırmayıb.