QR CodeQR Code

Ərdoğan: "Suriya ilə münasibətləri normallaşdırılmaq mümkündür"

28 Nov 2022 01:04

İslamTimes: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə münasibətlərin normallaşdırılmasının mümkün olduğunu bildirib.


Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə lideri Konya şəhərində gənclərlə görüşü zamanı deyib.

O bildirib ki, proses Misirlə başlayıbsa, Suriya ilə də eynisi ola bilər və siyasətdə küskünlük olmamalıdır.

“Biz Misir Prezidenti ilə çox fərqli şeylər haqqında danışdıq. Sonradan aldığım məlumat və xəbərlərə əsasən deyə bilərəm ki, o da görüşdən çox məmnun qalıb. Normallaşma prosesi artıq başlayıb, əvvəlcə nazirlərimiz bunu davam etdirəcək” , - deyə Ərdoğan vurğulayıb.

Dövlət başçısı Türkiyənin Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətinin artıq normallaşdığını xatırladıb.


Story Code: 1027233

News Link :
https://www.islamtimes.org/az/news/1027233/ərdoğan-suriya-ilə-münasibətləri-normallaşdırılmaq-mümkündür

Islam Times
  https://www.islamtimes.org