QR CodeQR Code

Borrell: NATO-nun Çindən başqa da “kifayət qədər təhdidləri” var

28 Nov 2022 20:44

İslamTimes: Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Şimali Atlantika Alyansının Çindən başqa da “kifayət qədər” təhdid və çağırışları var.


SalamNews-un “Gazeta.ru”ya istinadla verdiyi xəbərə görə, bu barədə “Politico” nəşri yazır.

“NATO Sakit Okeanda əməliyyatlar üçün yaradılmayıb, çünki o, Şimali Atlantika Alyansıdır. Ancaq bu an üçün ənənəvi NATO ssenarisində kifayət qədər təhdid və çağırışlarımızın olduğunu düşünmürsünüzmü?”, deyə Borrell vurğulayıb.

NATO yeni strateji konsepsiyasında Çinin siyasətinin təşkilatın maraq və dəyərlərinə zidd olduğunu iddia edir.  Eyni zamanda, əvvəlki konsepsiyada ÇXR-in adı çəkilmirdi.

Nəşr yazır ki, NATO xarici işlər nazirləri noyabrın 29-30-da Buxarestdə keçiriləcək görüş zamanı Pekinlə qarşılıqlı əlaqəni müzakirə edəcəklər.


Story Code: 1027375

News Link :
https://www.islamtimes.org/az/news/1027375/borrell-nato-nun-çindən-başqa-da-kifayət-qədər-təhdidləri-var

Islam Times
  https://www.islamtimes.org