0
Monday 28 November 2022 - 20:44

Borrell: NATO-nun Çindən başqa da “kifayət qədər təhdidləri” var

Story Code : 1027375
Borrell: NATO-nun Çindən başqa da “kifayət qədər təhdidləri” var
SalamNews-un “Gazeta.ru”ya istinadla verdiyi xəbərə görə, bu barədə “Politico” nəşri yazır.

“NATO Sakit Okeanda əməliyyatlar üçün yaradılmayıb, çünki o, Şimali Atlantika Alyansıdır. Ancaq bu an üçün ənənəvi NATO ssenarisində kifayət qədər təhdid və çağırışlarımızın olduğunu düşünmürsünüzmü?”, deyə Borrell vurğulayıb.

NATO yeni strateji konsepsiyasında Çinin siyasətinin təşkilatın maraq və dəyərlərinə zidd olduğunu iddia edir.  Eyni zamanda, əvvəlki konsepsiyada ÇXR-in adı çəkilmirdi.

Nəşr yazır ki, NATO xarici işlər nazirləri noyabrın 29-30-da Buxarestdə keçiriləcək görüş zamanı Pekinlə qarşılıqlı əlaqəni müzakirə edəcəklər.