QR CodeQR Code

ABŞ konqresmeni: Ukrayna ABŞ-ın dəstəyinə layiq deyil

6 Dec 2022 14:58

İslamTimes: ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, respublikaçı Pol Qosar hesab edir ki, Vaşinqtonun Kiyevə dəstəyi normal deyil.


SalamNews-un "TASS"a istinadla verdiyi xəbərə görə, konqresmen bu barədə öz "Twitter" hesabında Donetskdə dağıdılmış kilsənin görüntülərini paylaşaraq yazıb. Kilsə Ukrayna Silahlı Qüvvələrinin atəşinə məruz qalıb. 

"Ukraynadakı bu müharibəyə davamlı dəstəyimiz mənəviyyatsızlıqdır. Ölümlər davam edir, Ukrayna isə hər hansı dəstəyə layiq olmayan avtoritar rejimə çevrilib. Mən ölüm və dağıntıların deyil, sülh danışıqlarının tərəfdarıyam. Kilsələri bombalamağın tərəfdarı deyiləm", deyə konqresmen vurğulayıb. 

Oktyabrın əvvəlində Qosar Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskini sülh danışıqları üçün Arizona ştatının Feniks şəhərinə dəvət edən məktub dərc edib.


Story Code: 1028820

News Link :
https://www.islamtimes.org/az/news/1028820/abş-konqresmeni-ukrayna-ın-dəstəyinə-layiq-deyil

Islam Times
  https://www.islamtimes.org