QR CodeQR Code

Kərkükdə İŞİD-in hücumü nəticəsində həlak olan polislərin sayı 10-a çatıb

19 Dec 2022 09:54

İslamTimes: İŞİD terror təşkilatı İraqın Kərkük əyalətində Federal polis qüvvələrinə hücum edib. Ölənlərin sayı 10-a çatıb.


SalamNews Sumariya agentliyinə istinadən xəbər verir ki, bu barədə Kərkükdə təhlükəsizlik mənbələri məlumat veriblər.

Bildirilib ki, Kərkükün mərkəzindən 65 km uzaqda yerləşən Şəllal-Mətər kəndi ərazisində həyata keçirilən hücum şənbə günündən bazara keçən gecə reallaşdırılıb.

Əvvəl Federal polis qüvələrinin yolunda quraşdırılmış bomba partladılıb, daha sonra isə silahlı hücum həyata keçirilib.

Məlumata görə, biri mayor rütbəli olmaqla 10 polis işçisi həlak olub.

İŞİD bu hücumu üzərinə götürüb.


Story Code: 1030862

News Link :
https://www.islamtimes.org/az/news/1030862/kərkükdə-işid-in-hücumü-nəticəsində-həlak-olan-polislərin-sayı-10-a-çatıb

Islam Times
  https://www.islamtimes.org