QR CodeQR Code

Nigeriyanın mərkəzində partlayış nəticəsində 27 nəfər həlak olub

26 Jan 2023 12:51

İslamTimes: Nigeriyanın Nasarava əyalətində bombanın partlaması nəticəsində çoxu çobanlar olmaqla 27 nəfər həyatını itirib.


SalamNews FransPress-ə istinadən xəbər verir ki, hadisə Nasarava əyalətinin Rokubi adlı kəndi ərazisində çobanlar və heyvanlarının olduğu ərazidə baş verib.

Yerli mənbələrin məlumatına görə, partlayışın bombadan və ya hər hansı bir partlayıcı maddədən baş verməsi dəqiq müəyyənləşdirilməyib.

Xatırladaq ki, ötən dekabr ayında Boko-Haram Borno əyalətində 17 çobanı qətlə yetirmişdilər. Borno və Nasarava əyalətləri Nigeriyada irqi və dini zəmində qarşıdurmaların şahidi olan bölgələrdəndir.


Story Code: 1037811

News Link :
https://www.islamtimes.org/az/news/1037811/nigeriyanın-mərkəzində-partlayış-nəticəsində-27-nəfər-həlak-olub

Islam Times
  https://www.islamtimes.org