QR CodeQR Code

Venesuela: Rusiyaya qarşı sanksiyalar qlobal enerji bazarında xaosa səbəb olur

2 Feb 2023 08:53

İslamTimes: Qərbin Ukraynadakı hərbi əməliyyatına görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar qlobal enerji bazarlarında xaosa səbəb olur.


SalamNews xəbər verir ki, bunu Venesuelanın neft naziri Tariq Alaissami çərşənbə günü yazıb.

Nazir OPEC+ Nümayəndələri Birgə Monitorinq Komitəsinin 47-ci iclasında özünün sosial şəbəkələrdəki səhifələrində deyib: “Biz rasional olmayan, qeyri-qanuni və beynəlxalq hüququ pozan tədbirləri yaxından izləyirik, Qərb bununla qlobal enerji bazarının bir hissəsi olan və onu tarazlayan ölkələri hədəfə almaqda davam edir.”

O, əlavə edib: “Onlar indi bizim tərəfdaşımız və mühüm enerji, neft və qaz istehsalçısı, OPEC+ üzvü olan Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir və elan edirlər. Bu dünya enerjisində xaosa səbəb olur.”

Qeyd edək ki, 2020-ci ilin may ayında OPEC+ COVID-19 pandemiyasının səbəb olduğu neftə tələbatın azalması səbəbindən xam neft hasilatını gündəlik 9,7 milyon barel azaldıb. Habelə 2022-ci ilin oktyabrında OPEC+ qlobal enerji bazarlarında qeyri-müəyyənliyə cavab olaraq, noyabr ayından başlayaraq gündəlik 2 milyon barel neftin bazardan çıxarılmasını yekdilliklə qəbul edib. Digər tərəfdən Rusiya neftinə qarşı sanksiyalar dünya enerji bazarında ciddi təlatümlərə gətirib, çıxarıb.


Story Code: 1039089

News Link :
https://www.islamtimes.org/az/news/1039089/venesuela-rusiyaya-qarşı-sanksiyalar-qlobal-enerji-bazarında-xaosa-səbəb-olur

Islam Times
  https://www.islamtimes.org