QR CodeQR Code

BMT Bəşər Əsədlə razılaşdı

14 Feb 2023 17:03

İslamTimes: Suriya prezidenti Bəşər Əsədlə BMT arasında razılaşma əldə olunub.


Teleqraf.com xəbər verir ki, razılaşma dünən axşam saatlarında baş tutub.

BMT Baş katibi Antonio Quterreş Suriya prezidenti Bəşər Əsədin qurum tərəfindən yardımların ölkənin şimal-qərbinə keçməsinə razılıq verdiyini və beləliklə, 3 ay ərzində iki sərhəd qapısından yardımların keçə biləcəyini bildirib.

Əl-Bab hava və Əl-Rai sərhəd qapılarından istifadə olunacaq.

Zəlzələdən sonra bölgədə olan BMT-nin yüksək səviyyəli simalarından olan Martin Griffitsin Dəməşqdə Suriya lideri ilə görüşdüyü bildirilir.
Ətraflı

Bağlı qapılar arxasında Əsədlə müzakirələr aparılıb.

“Fevralın 6-da baş verən zəlzələdən sonra həyat qurtaran ləvazimatlar bölgədə zərər çəkmiş milyonlarla insana ən qısa zamanda çatmalıdır. Sərhəd qapılarının açılması yardımların daha tez çatdırılmasına şərait yaradacaq”, - BMT nümayəndəsi bildirib.

Qeyd edək ki, Təhriruş-Şam terror qruplaşması zəlzələ baş verən gündən Suriya dövlətinin zərər çəkmişlərə yardım göstərməsinə müxtəlif yollarla mane olur.


Story Code: 1041358

News Link :
https://www.islamtimes.org/az/news/1041358/bmt-bəşər-əsədlə-razılaşdı

Islam Times
  https://www.islamtimes.org