QR CodeQR Code

Feysəl əl-Miqdad: Qərb Suriya xalqına qarşı terror silahından istifadə edib

إسلام تايمز , 1 Mar 2023 00:25

İslamTimes: Suriyanın xarici işlər naziri ölkəsinin amansız müharibəyə məruz qaldığını və bu müharibə zamanı Qərb dövlətlərinin Suriya xalqına qarşı terror silahından istifadə etdiyini bildirib.



SANA-nın verdiyi məlumata görə, Suriyanın xarici işlər naziri Feysəl əl-Miqdad bu gün Cenevrədə tərksilah üzrə Ümumdünya Konfransında video çıxışında deyib: " Suriya amansız müharibəyə məruz qalıb və bu müharibə zamanı Qərb dövlətləri Suriya xalqına qarşı terror silahından istifadə edib. On minlərlə xarici terrorçunu hər cür maliyyə dəstəyi və silahlarla, o cümlədən qadağan olunmuş silahlarla müharibəyə cəlb ediblər."

Suriyanın xarici işlər naziri sözlərinə belə davam edib:"Bu ölkələrin siyasətləri İŞİD və Cəbhət ən-Nusra kimi terror qruplaşmalarının dəfələrlə kimyəvi silahlar əldə etməsinə və suriyalılara qarşı istifadə etməsinə səbəb olub."


Story Code: 1044107

News Link :
https://www.islamtimes.org/az/news/1044107/feysəl-əl-miqdad-qərb-suriya-xalqına-qarşı-terror-silahından-istifadə-edib

Islam Times
  https://www.islamtimes.org