QR CodeQR Code

Netanyahu məhkəmə islahatları ilə bağlı prezidentin güzəşt təklifini rədd edib

16 Mar 2023 09:28

İslamTimes: Sionist rejim vətəndaşlarının sərt etirazlarına göz yuman Netanyahu, qərarından dönməyəcəyini bildirib


İşğalçı İsrail rejiminin baş naziri Benyamin Netanyahu sionist rejim prezidenti İtsak Hersoqun mübahisəli məhkəmə islahatları ilə bağlı irəli sürdüyü kompromis təklifini rədd edib.

APA-nın məlumatına görə, bu barədə Netanyahu özünün “Twitter“ səhifəsində yazıb. Körpə qatili kimi tanınan baş nazirin sözlərinə görə, prezidentin planı hakim koalisiyanın can atdığı hakimiyyət qolları arasında balansı təmin etmir.

“Təəssüf ki, prezidentin təklifi koalisiya nümayəndələri ilə razılaşdırılmadı. Onun təqdim etdiyi planın əsas hissələri yalnız mövcud vəziyyəti gücləndirir və İsraildə hakimiyyət qolları arasında lazımi tarazlığı gətirmir. Bu, acı həqiqətdir”.

Netanyahu, prezidentin məhkəmə islahatları ilə bağlı danışıqlar aparmaq cəhdlərini alqışlayıb, müxalifəti dialoqa hazır olmamaqda ittiham edib.


Story Code: 1046991

News Link :
https://www.islamtimes.org/az/news/1046991/netanyahu-məhkəmə-islahatları-ilə-bağlı-prezidentin-güzəşt-təklifini-rədd-edib

Islam Times
  https://www.islamtimes.org