QR CodeQR Code

Bəşər Əsəd BƏƏ-yə səfər edib

إسلام تايمز , 19 Mar 2023 22:19

İslamTimes: Suriya prezidenti bu gün rəsmi və gözlənilməz səfər çərçivəsində Əbu-Dabiyə yollanıb və BƏƏ prezidenti ilə görüşüb.


Sputnik xəbər agentliyinin verdiyi məlumata görə, Suriya prezidenti Bəşər Əsəd həyat yoldaşı Əsma Əsədlə bazar günü Əbu-Dabiyə gəlib.

Suriya prezidentinin bəyanatına görə, Bəşər Əsəd Əbu-Dabi hava limanında BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan tərəfindən qarşılanıb.

Daha sonra tərəflər danışıqlar üçün Əbu-Dabidəki Qəsr Əl-Vətən Sarayına gediblər.

Bu bəyanatda bildirilir ki, Bəşər Əsədin təyyarəsi BƏƏ hava məkanına daxil olan zaman qarşılama mərasimi kimi onun təyyarəsini bir neçə qırıcı təyyarə müşayiət edib.

Bəşar Əsəd BƏƏ-yə daxil olan zaman rəsmi qarşılama törəni başlayıb və 21 dəfə topdan atəş açılıb.


 


Story Code: 1047607

News Link :
https://www.islamtimes.org/az/news/1047607/bəşər-əsəd-bəə-yə-səfər-edib

Islam Times
  https://www.islamtimes.org