QR CodeQR Code

Litva NATO-dan ölkə ərazisində əlavə sursat ehtiyatı saxlamağı xahiş edib

23 Mar 2023 22:30

İslamTimes: Litva Şimali Atlantika Alyansının rəhbərliyinə öz ərazisində sursat ehtiyatı anbarının təşkili xahişi ilə müraciət edəcək.


APA-nın məlumatına görə, bunu cümə axşamı jurnalistlərə müdafiə naziri Arvidas Anusauskas deyib.

“NATO-nun hazırlanmaqda olan müdafiə planları Litvanın daxil olduğu alyansın Şərq cinahı regionunda əlavə arsenalın saxlanması üçün şəraiti nəzərdə tutmalıdır ki, sursat bütün Avropa vasitəsilə daşınmasın”, - o deyib.

Nazirin sözlərinə görə, bu ərəfədə Litva lazımi infrastrukturu genişləndirir.

"2024-cü ildə biz 30-a yaxın silah-sursat anbarı tikəcəyik" - Anusauskas əlavə edib.

 


Story Code: 1048337

News Link :
https://www.islamtimes.org/az/news/1048337/litva-nato-dan-ölkə-ərazisində-əlavə-sursat-ehtiyatı-saxlamağı-xahiş-edib

Islam Times
  https://www.islamtimes.org