QR CodeQR Code

Moskva: Enerji infrastrukturuna pilotsuz təyyarələrin hücumu Rusiya üçün ciddi təhlükədir

إسلام تايمز , 28 Mar 2023 15:57

İslamTimes: Rusiyanın energetika naziri son aylar ərzində ölkə ərazisinə edilən bir sıra dron hücumlarının dəf edilməsinə toxunaraq, belə hücumların Rusiyanın enerji infrastrukturu üçün ciddi təhlükə olduğunu bildirib.


Rusiyanın energetika naziri Nikolay Şulqinov bu gün bildirib ki, ölkənin əsas enerji infrastrukturuna qarşı mümkün dron hücumları Rusiyanın enerji təhlükəsizliyinə ciddi təhdiddir.

Rusiya enerji obyektlərinin təhlükəsizliyinə həsr olunmuş konfransda çıxışı zamanı Şulqinov Ukraynanın adını çəkmədən bildirib ki, son aylar bu cür infrastruktura bir sıra dron hücumlarını zərərsizləşdirib.

“Reuters” xəbər agentliyinin məlumatına görə, o, bu barədə belə izahat verib: “Əsas hazırkı təhlükə pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə qanunsuz müdaxilə hərəkətləridir.  Bununla bağlı biz Rusiyanın Müdafiə Nazirliyi və ölkənin təhlükəsizlik xidməti ilə əməkdaşlıq edirik.

 


Story Code: 1049186

News Link :
https://www.islamtimes.org/az/news/1049186/moskva-enerji-infrastrukturuna-pilotsuz-təyyarələrin-hücumu-rusiya-üçün-ciddi-təhlükədir

Islam Times
  https://www.islamtimes.org