QR CodeQR Code

Pentaqon: İranın məqsədi Amerikanı İraq və Suriyadan çıxarmaqdır

إسلام تايمز , 29 Mar 2023 21:01

İslamTimes: ABŞ ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri çərşənbə günü çıxışında deyib: Kəşfiyyatın qiymətləndirməsi İranın məqsədinin regionda ABŞ-ı İraq və Suriyadan çıxarmaq olduğunu göstərir.


Mark Milley ötən gün etdiyi çıxışında iddia edib: “İran nüvə silahı istehsal etmək imkanlarını inkişaf etdirmək üçün addımlar atıb və regionda sabitliyi pozmaqla hədələyir”.

ABŞ ordusunun müştərək qərargah rəisi əlavə edib: Əgər İran nüvə silahı istehsal edərsə, ABŞ komandanlığı üçün bir neçə variant var.

Qeyd edək ki, İran İslam Respublikası dəfələrlə bəyan edib ki, nüvə proqramını dinc məqsədlərlə həyata keçirir və nüvə silahı istehsal etmək niyyəti yoxdur. Beynəlxalq Atom Enerjisi Agentliyi də İranın nüvə proqramında sapmaların olmadığını dəfələrlə təsdiqləyib.

Lakin Amerikanın dünyada bəşəriyyətə qarşı nüvə silahından istifadə edən yeganə nüvə ölkəsi olmasına və İkinci Dünya Müharibəsi zamanı Yaponiyanın iki şəhərinin nüvə bombası ilə on minlərlə insanın ölümünə səbəb olmasına baxmayaraq əsassıs ittihamlara baş vurur.


Story Code: 1049459

News Link :
https://www.islamtimes.org/az/news/1049459/pentaqon-iranın-məqsədi-amerikanı-iraq-və-suriyadan-çıxarmaqdır

Islam Times
  https://www.islamtimes.org