QR CodeQR Code

Əfqanıstanda 4 QHT üzvü oğurlanıb

11 Oct 2011 06:18

IslamTimes - ACTED qeyri-kommersiya təşkilatının 4 əfqan üzvü Əfqanıstanın şimalındakı Fəryab əyalətində oğurlanıblar


Fransanın kənd təsərrüfatı və tikinti layihələri ilə məşğul olan Agency for Technical Cooperation and Development (ACTED) qeyri-kommersiya təşkilatının 4 əfqan üzvü Əfqanıstanın şimalındakı Fəryab əyalətində oğurlanıblar. Hadisə Nəccar yaşayış məntəqəsində baş verib.

ACTED-in regional şöbəsinin nümayəndəsi Əhməd Cavidin məlumatına görə, oğurlanmış şəxslərin taleyi barədə hələlik heç nə məlum deyil, hökumətlə mübarizə aparan qruplardan heç biri bu hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.


Story Code: 105343

News Link :
https://www.islamtimes.org/az/news/105343/əfqanıstanda-4-qht-üzvü-oğurlanıb

Islam Times
  https://www.islamtimes.org