0
Tuesday 11 October 2011 - 06:18

Əfqanıstanda 4 QHT üzvü oğurlanıb

Story Code : 105343
Əfqanıstanda 4 QHT üzvü oğurlanıb
Əfqanıstanda 4 QHT üzvü oğurlanıb
Fransanın kənd təsərrüfatı və tikinti layihələri ilə məşğul olan Agency for Technical Cooperation and Development (ACTED) qeyri-kommersiya təşkilatının 4 əfqan üzvü Əfqanıstanın şimalındakı Fəryab əyalətində oğurlanıblar. Hadisə Nəccar yaşayış məntəqəsində baş verib.

ACTED-in regional şöbəsinin nümayəndəsi Əhməd Cavidin məlumatına görə, oğurlanmış şəxslərin taleyi barədə hələlik heç nə məlum deyil, hökumətlə mübarizə aparan qruplardan heç biri bu hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.
Comment