QR CodeQR Code

Tel-Əvivdə on minlərlə insan mitinq keçirdi

28 May 2023 08:26

İslamTimes: İşğalçı İsraildə, Tel-Əviv mərkəzində Benyamin Netanyahu hökumətinin məhkəmə islahatlarına qarşı növbəti mitinq keçirilib.


Axar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Sionist rejimdə məhkəmə islahatlarına qarşı kütləvi etirazlar ardıcıl 21-ci həftədir ki, davam edir. Bu şənbə günü təşkilatçılar böyük şəhərlər də daxil olmaqla, 150 yerdə mitinq keçirdiklərini elan ediblər.

Təşkilatçıların sözlərinə görə, bugünkü aksiyalarda ümumilikdə 230 minə yaxın insan iştirak edib. Tel-Əvivdəki etiraz aksiyasına müxtəlif hesablamalara görə, 80 minə yaxın fəal toplaşıb.


Story Code: 1060573

News Link :
https://www.islamtimes.org/az/news/1060573/tel-əvivdə-on-minlərlə-insan-mitinq-keçirdi

Islam Times
  https://www.islamtimes.org