QR CodeQR Code

Səudiyyənin texniki qurupu Suriyaya gəldi

إسلام تايمز , 28 May 2023 22:32

İslamTimes: Səudiyyə Ərəbistanı xəbər mənbələri Ər-Riyadın Suriyadakı səfirliyinin yenidən açılması mexanizmini araşdırmaq üçün ölkənin texniki qrupunun Dəməşqə gəldiyini açıqlayıb.


Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi bu gün elan edib ki, Səudiyyə kralının ölkənin Suriyadakı diplomatik missiyasındakı işi bərpa etmək qərarına uyğun olaraq, Səudiyyə Ərəbistanından texniki heyət bu gün Dəməşqə gəlib.

Bu xəbərə görə, bu ölkənin səlahiyyətli naziri Qazi Bin Rafi Əl-Anzinin başçılıq etdiyi Səudiyyə Ərəbistanının texniki qrupu Suriya Xarici İşlər Nazirinin köməkçisi Ayman Sosan ilə görüşüb.

Qeyd edək ki, bundan əvvəl Suriyanın xarici işlər naziri Feysəl əl-Mikdad və səudiyyəli həmkarı Feysəl bin Fərhan Ərəb Liqasının xarici işlər naziri Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən toplantısı çərçivəsində görüşüb və ikitərəfli münasibətləri müzakirə ediblər.

 


Story Code: 1060668

News Link :
https://www.islamtimes.org/az/news/1060668/səudiyyənin-texniki-qurupu-suriyaya-gəldi

Islam Times
  https://www.islamtimes.org