QR CodeQR Code

Taliban: Biz İranla münasibətlərimizin korlanmasını istəmirik

إسلام تايمز , 30 May 2023 17:00

İslamTimes: İran-Əfqanıstan sərhədindəki son gərginlikdən sonra Taliban hökumət rəsmisi Kabilin İranla münasibətlərinin pisləşməsini istəmədiyini və sərhəddə vəziyyətin normal olduğunu vurğulayıb.


Taliban hökumətinin Xarici İşlər Nazirliyinin sözçünün müavini Hafiz Ziya Əhməd “Arab News” telekanalına müsahibəsində deyib: "Taliban İranla münasibətlərinin pisləşməsini istəmir."

O, bu barədə deyib: Qonşu ölkələrlə münasibətlərimizin korlanmasını istəmirik. Bütün qonşu dövlətlərdən, o cümlədən İrandan xahişimiz budur ki, bu məsələləri diplomatik kanallarla həll etsinlər.

Taliban hökumətinin bu rəsmisi “indiki vəziyyətin normal olduğunu” vurğulayıb və Əfqanıstan İslam Əmirliyi heç vaxt gərginliyi artırmağa çalışmadığını deyib.


Story Code: 1060985

News Link :
https://www.islamtimes.org/az/news/1060985/taliban-biz-iranla-münasibətlərimizin-korlanmasını-istəmirik

Islam Times
  https://www.islamtimes.org