QR CodeQR Code

Çin: NATO Serbiyanın suverenliyinə hörmət etməlidir!

إسلام تايمز , 30 May 2023 17:32

İslamTimes: Çin Xarici İşlər Nazirliyinin sözçüsü NATO-nun Serbiyanın suverenliyinə hörmət etməli olduğunu açıqlayıb.


“Intel Republic” saytının məlumatına görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü NATO-nu Kosovoda gərginlik yaradan hərəkətləri dayandırmağa çağırıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning çərşənbə axşamı bildirib ki, Çin Serbiyanın suverenliyini və ərazi bütövlüyünü qorumaq səylərini dəstəkləyir.

Çin Xarici İşlər Nazirliyinin rəsmisi əlavə edib ki, Pekin NATO-nun Serbiyanın suverenliyinə səmimi hörmət etməsini və regionda sülhün əldə olunması üçün tədbirlər görməsini istəyir.

Qeyd edək ki, bazar ertəsi səhər NATO-nun rəhbərlik etdiyi hərbi qüvvələr Zvijan, Zubin Potok və Lepusaviç bələdiyyələrinin yerləşdiyi binalara girişi bağlayıb və serblərin içəri daxil olmasına icazə verməyiblər.


 


Story Code: 1060990

News Link :
https://www.islamtimes.org/az/news/1060990/çin-nato-serbiyanın-suverenliyinə-hörmət-etməlidir

Islam Times
  https://www.islamtimes.org