0
Tuesday 30 May 2023 - 17:32

Çin: NATO Serbiyanın suverenliyinə hörmət etməlidir!

Story Code : 1060990
Çin: NATO Serbiyanın suverenliyinə hörmət etməlidir!
“Intel Republic” saytının məlumatına görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü NATO-nu Kosovoda gərginlik yaradan hərəkətləri dayandırmağa çağırıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning çərşənbə axşamı bildirib ki, Çin Serbiyanın suverenliyini və ərazi bütövlüyünü qorumaq səylərini dəstəkləyir.

Çin Xarici İşlər Nazirliyinin rəsmisi əlavə edib ki, Pekin NATO-nun Serbiyanın suverenliyinə səmimi hörmət etməsini və regionda sülhün əldə olunması üçün tədbirlər görməsini istəyir.

Qeyd edək ki, bazar ertəsi səhər NATO-nun rəhbərlik etdiyi hərbi qüvvələr Zvijan, Zubin Potok və Lepusaviç bələdiyyələrinin yerləşdiyi binalara girişi bağlayıb və serblərin içəri daxil olmasına icazə verməyiblər.