QR CodeQR Code

“Çin ordusu bir saniyə belə tərəddüd etməyəcək!”

4 Jun 2023 11:17

İslamTimes: Çin hakimiyyəti dinc yolla Tayvanla birləşməsinə çalışır, lakin eyni zamanda, zəruri hallarda güc tətbiqini də istisna etmir.


APA xəbər verir ki, bunu bazar günü Çinin müdafiə naziri Li Şanqfu Sinqapurda Şanqri-La Dialoq təhlükəsizlik konfransında deyib.

"Çin birləşməlidir və birləşdiriləcək. Bu, xalqın arzusuna və dövrümüzün tendensiyasına uyğundur. Biz sülh yolu ilə birləşmə perspektivləri üçün səmimiyyətlə çalışacağıq və bunun üçün ən böyük səyləri göstərəcəyik, lakin güc tətbiqindən imtina edəcəyimizə söz vermirik” - Li Şanfu bildirib. Onun çıxışı konfransın saytında yayımlanıb.

O vurğulayıb ki, əgər kimsə Tayvanı Çindən ayırmağa cəsarət etsə, o zaman “Çin ordusu bir saniyə belə tərəddüd etməyəcək”.


Story Code: 1061901

News Link :
https://www.islamtimes.org/az/news/1061901/çin-ordusu-bir-saniyə-belə-tərəddüd-etməyəcək

Islam Times
  https://www.islamtimes.org