QR CodeQR Code

Avropada yenə qaz böhranı - Qiymətlər 7% artdı!

5 Jun 2023 09:36

İslamTimes: Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 280 ABŞ dollarından yuxarı qalxıb.


“APA-Economics” xəbər verir ki, 5 iyun tarixində iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 281,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (263,3 dollar) ilə müqayisədə 7% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.


Story Code: 1062043

News Link :
https://www.islamtimes.org/az/news/1062043/avropada-yenə-qaz-böhranı-qiymətlər-7-artdı

Islam Times
  https://www.islamtimes.org