0
Monday 5 June 2023 - 09:36

Avropada yenə qaz böhranı - Qiymətlər 7% artdı!

Story Code : 1062043
Avropada yenə qaz böhranı - Qiymətlər 7% artdı!
“APA-Economics” xəbər verir ki, 5 iyun tarixində iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 281,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (263,3 dollar) ilə müqayisədə 7% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.