QR CodeQR Code

Qrossi: İranla razılaşma əldə etmişik

إسلام تايمز , 5 Jun 2023 17:55

İslamTimes: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru bəyan edib ki, İran və Agentlik arasında razılaşmanın icrası prosesi başlayıb və irəliləyir.


Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurasının iclasında çıxış edən Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi deyib: "İranla birgə bəyanatın icrası prosesi başlayıb və irəliləyiş əldə olunub."

“Həmin hesabatda görəcəksiniz ki, mənim ümid etdiyim qədər olmasa da, birgə bəyanatın icrası prosesi başlayıb və irəliləyiş əldə olunub. Məsələn, may ayının əvvəlində agentlik mərkəzdənqaçma rotor borularının və körüklərin (qoşquların) istehsal olunduğu sahədəki sexdə müşahidə kameraları quraşdırıb."

O, sözlərinə əlavə edib: “Bundan başqa, İranın bəyan etdiyi müəssisələrində uranın zənginləşdirilməsi səviyyəsinə nəzarət etmək üçün, Agentlik Fordo yanacaq zənginləşdirmə obyektində, eləcə də uranın zənginləşdirilməsi üzrə pilot qurğuda zənginləşdirmə monitorinq cihazı quraşdırıb."


Story Code: 1062102

News Link :
https://www.islamtimes.org/az/news/1062102/qrossi-iranla-razılaşma-əldə-etmişik

Islam Times
  https://www.islamtimes.org