QR CodeQR Code

İran, Çin və Pakistan antiterror danışıqları aparıblar

إسلام تايمز , 7 Jun 2023 21:51

İslamTimes: Çin Xarici İşlər Nazirliyi bu gün Pekində Tehran, Pekin və İslamabadın terrorla mübarizəyə dair ilk üçtərəfli görüşünün keçirildiyini açıqlayıb.


Reuters-in məlumatına görə, Çin Xarici İşlər Nazirliyi bəyanat yayaraq, bu gün Pekində İran, Çin və Pakistanın terrorla mübarizə mövzusunda ilk üçtərəfli görüşünü keçirdiklərini açıqlayıb.

Çin Xarici İşlər Nazirliyinin bununla bağlı yaydığı bəyanatda deyilir: "Üç ölkə terrorizmlə mübarizənin regional vəziyyəti ilə bağlı dərin fikir mübadiləsi aparıb və bu görüşü mütəmadi olaraq keçirmək qərarına gəliblər."

Hələlik bu təhlükəsizlik görüşünün mövzuları haqqında daha ətraflı məlumat mediaya açıqlanmayıb.


Story Code: 1062525

News Link :
https://www.islamtimes.org/az/news/1062525/iran-çin-və-pakistan-antiterror-danışıqları-aparıblar

Islam Times
  https://www.islamtimes.org