QR CodeQR Code

Ermənistanda saxlanılan azərbaycanlı hərbi əsirin həbs müddəti uzadılıb

10 Jun 2023 00:05

İslamTimes: Yolu azaraq Ermənistan ərazisinə keçərkən saxlanılan azərbaycanlı hərbi əsir Hüseyn Axundovun həbs müddəti 3 ay uzadılıb.


APA xəbər verir ki, yolu azaraq Naxçıvan Muxtar Respublikası ərazisindən Ermənistan ərazisinə keçən 2 Azərbaycan əsgəri - Aqşin Bəbirov və Hüseyn Axundova qarşı cinayət məcəlləsinin bir sıra maddələri ilə cinayət işi başlanıb. Onlar bir qrup şəxslə qabaqcadan əlbir olaraq dövlət sərhədini qanunsuz keçməkdə, silah-sursatın qaçaqmalçılığında və qanunsuz dövriyyəsində ittiham olunublar. Axundova əlavə olaraq Ermənistan vətəndaşını öldürmə ittihamı da irəli sürülüb.

Qafanda keçirilən prosesə jurnalistlər buraxılmayıb.


Story Code: 1062963

News Link :
https://www.islamtimes.org/az/news/1062963/ermənistanda-saxlanılan-azərbaycanlı-hərbi-əsirin-həbs-müddəti-uzadılıb

Islam Times
  https://www.islamtimes.org