QR CodeQR Code

"Mənə sui-qəsd olmayıb!"

15 Oct 2011 19:15

IslamTimes - Bir çox ərəb dilli şəbəkələr fürsətdən istifadə edərək terrorda İran İslam Respublikasının əlinin olduğunu da bildirib.


"IslamTimes"-ın verdiyi xəbərə əsasən, Ərəbistanın Ərəb Liqasında da daimi üzvü hesab olunan Əhməd Əbdül-Əziz Qəttan terrora məruz qalması ilə bağlı bütün xəbərləri təkzib edərək, hal-hazırda sağ salamat olduğunu bildirib.

Cümə axşamı günorta saatlarında Ərəbistan və digər ərəb dilli ölkələrin KİV-i Səudiyyə Ərəbistanının Təhlükəsizlik Nazirliyinə istinadən Ərəbistanın Qahirədəki səfirinin terrora uğraması barədə xəbər yayıb.

Ərəb dilli şəbəkələr Əhməd Əbdül-Əziz Qəttanın zəhərlənmə yolu ilə terror edildiyini və ağır vəziyyətə xəstəxanaya çatdırıldığını yazıb. Bu şəbəkələr hətta fürsətdən istifadə edərək terrorda İran İslam Respublikasının da əlinin olduğunu bildirib.


Story Code: 106532

News Link :
https://www.islamtimes.org/az/news/106532/mənə-sui-qəsd-olmayıb

Islam Times
  https://www.islamtimes.org