QR CodeQR Code

Rəisi İslam ümmətini fəal mübarizəyə çağırdı

“Quranın təhqir olunmasına hamı fəal şəkildə qarşı çıxmalıdır”

Sahartv , 2 Jul 2023 12:29

İslamtimes - İran İslam Respublikasının prezidenti İslam ümmətini Quranın təhqir olunmasına fəal şəkildə qarşı çıxmağa çağırıb.


Seyid İbrahim Rəisi Qurban bayramı münasibəti ilə Əlcəzair prezidenti ilə telefon söhbətinə bildirib ki, bəzi Qərb ölkələrinin Qurani-Kərimi təhqir etmələri və sionistlərin təcavüz və işğalı ilə fəal şəkildə mübarizə aparmaq İslam ümmətinin bütün üzvlərinin borcudur.
Öz növbəsində İranın xarici işlər naziri Qurani-Kərimin təhqir olunması ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının təcili iclas keçirməsini təklif edib.
Hüseyn Əmir-Abdullahiyan İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə telefon danışığında İsveçdə Qurani-Kərimə qarşı bu yaxınlarda həyata keçirilən təhqiramiz hərəkəti kəskin şəkildə pisləyərək bu təklifi irəli sürüb.
Xarici işlər naziri təklif edib ki, İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclası ən qısa müddətdə Qoşulmama Hərəkatına üzv ölkələrin XİN başçılarının Bakıda keçiriləcək görüşü ilə eyni vaxtda çağırılsın.
 


Story Code: 1067154

News Link :
https://www.islamtimes.org/az/news/1067154/quranın-təhqir-olunmasına-hamı-fəal-şəkildə-qarşı-çıxmalıdır

Islam Times
  https://www.islamtimes.org