0
Sunday 2 July 2023 - 12:29
Rəisi İslam ümmətini fəal mübarizəyə çağırdı

“Quranın təhqir olunmasına hamı fəal şəkildə qarşı çıxmalıdır”

Story Code : 1067154
“Quranın təhqir olunmasına hamı fəal şəkildə qarşı çıxmalıdır”
Seyid İbrahim Rəisi Qurban bayramı münasibəti ilə Əlcəzair prezidenti ilə telefon söhbətinə bildirib ki, bəzi Qərb ölkələrinin Qurani-Kərimi təhqir etmələri və sionistlərin təcavüz və işğalı ilə fəal şəkildə mübarizə aparmaq İslam ümmətinin bütün üzvlərinin borcudur.
Öz növbəsində İranın xarici işlər naziri Qurani-Kərimin təhqir olunması ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının təcili iclas keçirməsini təklif edib.
Hüseyn Əmir-Abdullahiyan İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə telefon danışığında İsveçdə Qurani-Kərimə qarşı bu yaxınlarda həyata keçirilən təhqiramiz hərəkəti kəskin şəkildə pisləyərək bu təklifi irəli sürüb.
Xarici işlər naziri təklif edib ki, İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclası ən qısa müddətdə Qoşulmama Hərəkatına üzv ölkələrin XİN başçılarının Bakıda keçiriləcək görüşü ilə eyni vaxtda çağırılsın.
 
Source : Sahartv
Tagged
rəisi Iran quran
Comment