QR CodeQR Code

Türkiyədə ölənlərin sayının 1000 nəfər olduğu ehtimal edilir

24 Oct 2011 06:59

IslamTimes - Öncə xəbər verdiyimiz kimi Türkiyədə 7,2 bal gücündə zəlzələ olub, 1000-ə yaxın ölən, yüzlərlə yaralanan var


Türkiyədə güclü zəlzələ olub. APA-nın məlumatına görə, zəlzələ oktyabrın 23-də yerli vaxtla 15.41-də (Bakı vaxtı ilə 17.41) Van şəhərində qeydə alınıb.

Episentrdə zəlzələnin gücü 7,2 bal olub. İlkin məlumatlara görə, 500-1000 arası ölən, yüzlərlə yaralanan var. Xeyli insan isə dağıntılar altında qalıb. Rəsmi olaraq 138 nəfərin öldüyü təsdiqlənib. Onlarla tikili – yaşayış evləri, inzibati binalar, məktəblər dağılıb. Van aeroportu da ciddi ziyan çəkib.

Zəlzələ İranda, Azərbaycanda, Gürcüstanda da hiss olunub. Bundan başqa, oktyabrın 23-də Ermənistan ərazisində 5 bal gücündə zəlzələ qeydə alınıb. İlkin məlumatlara görə, itki və tikililərdə dağıntı yoxdur.

Lakin yeraltı təkanlar nəticəsində mobil rabitə sıradan çıxıb.


Story Code: 108733

News Link :
https://www.islamtimes.org/az/news/108733/türkiyədə-ölənlərin-sayının-1000-nəfər-olduğu-ehtimal-edilir

Islam Times
  https://www.islamtimes.org