QR CodeQR Code

Seyid Həsən Nəsrullah HƏMAS liderlərini qəbul etdi

SaharTV , 23 Nov 2023 10:20

İslamtimes - Livanın Hizbullah hərəkatının baş katibi HƏMAS-ın idarə heyəti ilə görüşündə müqavimət cəbhələrinin son vəziyyəti, xüsusən də Qəzzə zolağında hazırkı vəziyyət və istifadə edilə biləcək imkanları nəzərdən keçirilib. Görüşdə son qələbəyədək qarşılıqlı əməkdaşlıq və koordinasiyanın davam etdirilməsini vurğulayıb.


Fələstinin "Şəhab" xəbər agentliyinin məlumatına görə, bu gün (22 noyabr) Livan Hizbullah hərəkatının baş katibi Seyd Həsən Nəsrullah HƏMAS hərəkatının Qəzzədəki müavini Xəlil Əl-Həliyyə və bu hərəkatın liderlərindən olan Usamə Həmdanla görüşüb.
Bu məlumata görə, bu görüşdə müqavimət cəbhələrində, xüsusən də Qəzzə zolağında hazırkı gedişat və yaranan imkanlar nəzərdən keçirilib. Müzakirə edilmiş mövzulardan biri də qarşılıqlı davamlı əməkdaşlıq və koordinasiyanın əhəmiyyətini ciddi nəzərdə saxlanılması üçün güc birliyi və müqavimət oxunun qoruyub saxlanılmasının vacibliyi vurğulanmışdır. Həmçinin qələbə əzminin sona qədər davam etdirilməsi əsas hədəf olması bildirilimişdir.
Xatırladaq ki, HƏMAS İslami Müqavimət Hərəkatının sionist rejimə qarşı keçirdiyi "Əl-Əqsa tufanı” əməliyyatının başlanmasından 47 gün keçdikdən sonra bu gün noyabrın 22-də səhər saatlarında sionist rejim kabinetinin məlumatında rejimin bir neçə məhbusun azad edilməsinin razılaşdırıldığını bildirib
 


Story Code: 1097618

News Link :
https://www.islamtimes.org/az/news/1097618/seyid-həsən-nəsrullah-həmas-liderlərini-qəbul-etdi

Islam Times
  https://www.islamtimes.org