0
Thursday 23 November 2023 - 10:20

Seyid Həsən Nəsrullah HƏMAS liderlərini qəbul etdi

Story Code : 1097618
Seyid Həsən Nəsrullah HƏMAS liderlərini qəbul etdi
Fələstinin "Şəhab" xəbər agentliyinin məlumatına görə, bu gün (22 noyabr) Livan Hizbullah hərəkatının baş katibi Seyd Həsən Nəsrullah HƏMAS hərəkatının Qəzzədəki müavini Xəlil Əl-Həliyyə və bu hərəkatın liderlərindən olan Usamə Həmdanla görüşüb.
Bu məlumata görə, bu görüşdə müqavimət cəbhələrində, xüsusən də Qəzzə zolağında hazırkı gedişat və yaranan imkanlar nəzərdən keçirilib. Müzakirə edilmiş mövzulardan biri də qarşılıqlı davamlı əməkdaşlıq və koordinasiyanın əhəmiyyətini ciddi nəzərdə saxlanılması üçün güc birliyi və müqavimət oxunun qoruyub saxlanılmasının vacibliyi vurğulanmışdır. Həmçinin qələbə əzminin sona qədər davam etdirilməsi əsas hədəf olması bildirilimişdir.
Xatırladaq ki, HƏMAS İslami Müqavimət Hərəkatının sionist rejimə qarşı keçirdiyi "Əl-Əqsa tufanı” əməliyyatının başlanmasından 47 gün keçdikdən sonra bu gün noyabrın 22-də səhər saatlarında sionist rejim kabinetinin məlumatında rejimin bir neçə məhbusun azad edilməsinin razılaşdırıldığını bildirib
 
Source : SaharTV
Comment