QR CodeQR Code

Berluskoninin istefa verməsi yönündə təzyiqlər artır

PressTV , 4 Nov 2011 15:46

IslamTimes - Berluskoninin tərəfdarlarından hesab edilən 6 parlament üzvü yeni dövlətin təşkil edilməsini istəyiblər.


"IslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, İtaliya nazirlər kabinetində ayrıseçkilik yaranması və iqtisadi islahatlar barədə razılığa gəlinməməsindən sonra baş nazir Silvio Berluskoniyə qarşı təzyiqlər artıb. Artıq bir çox nazirlər Berluskoninin istefa verməsini tələb edirlər.

Berluskoninin istefa verməsi ilə bağlı tələblər köklü dəyişikliklərlə bağlı islahatlar planının nazirlər kabineti tərəfindən bəyənilməməsindən sonra başlayıb. Bu islahatlar İtaliya iqtisadiyyatının inkişaf etdirilməsi və ölkənin böyük borclarının ödənilməsi ilə bağlı proqramlardan ibarət olub.

Maraqlı nöqtə budur ki, Berluskoninin tərəfdarlarından hesab edilən 6 parlament üzvü yeni dövlətin təşkil edilməsini istəyiblər.


Story Code: 111658

News Link :
https://www.islamtimes.org/az/news/111658/berluskoninin-istefa-verməsi-yönündə-təzyiqlər-artır

Islam Times
  https://www.islamtimes.org