QR CodeQR Code

Ermənistan Azərbaycana eksterritorial dəhliz verməklə heç vaxt razılaşmayıb

SaharTV , 4 Mar 2024 16:16

İslamtimes - Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən dəyirmi masada bildirib ki, onun ölkəsi heç vaxt Azərbaycan Respublikasına eksterritorial dəhliz verməklə razılaşmayıb:


“Ermənistanın mövqeyi bundan ibarətdir ki, Cənubi Qafqazda regional kommunikasiyaların bərpası ölkələrin suverinliyi, ərazi bütövlüyü və bərabərliyi prinsipləri əsasında reallaşmalıdır. Bu tamamiylə aydın məsələdir və biz bunun icrası ilə razıyıq. Azərbaycan prezidenti də onunla razıdır. Təklif edirik ki, bunu kağız üzərinə gətirək və icra edək”,- Ruben Rubinyan deyib.
Ermənistan parlamentinin sədr müavini dövlət rəsmilərinin dilindən çıxan terminlərin həmən dövlətin həqiqi niyyətinin göstəricisi ilduğunu deyib və buna Ermənistanın “Sülh qovuşağı” Azərbaycanın isə “Zəngəzur dəhlizi” terminlərini misal göstərib:
“Niyə Ermənistan kommunikasiyaların bərbası sahəsindəki təşəbbüskarlığına “Sülh qovuşağı” adını verir? Ona görə ki, bizim niyyətimiz regionumuzu sülh qovuşağına çevirməkdir. Azərbaycan isə hələ də “Zəngəzur koridoru” ifadəsindən istifadə edir. Ermənistanın hakimiyyəti altında olan ərazilərdə Zəngəzur adlanan bir ərazi fahidi yoxdur və Ermənistan heç vaxt Azərbaycan Respublikasına eksterritorial dəhliz verilməsi ilə razılaşmayıb”,- Ruben Rubinyan deyib.
 


Story Code: 1120196

News Link :
https://www.islamtimes.org/az/news/1120196/ermənistan-azərbaycana-eksterritorial-dəhliz-verməklə-heç-vaxt-razılaşmayıb

Islam Times
  https://www.islamtimes.org