0
Monday 4 March 2024 - 16:16

Ermənistan Azərbaycana eksterritorial dəhliz verməklə heç vaxt razılaşmayıb

Story Code : 1120196
Ermənistan Azərbaycana eksterritorial dəhliz verməklə heç vaxt razılaşmayıb
“Ermənistanın mövqeyi bundan ibarətdir ki, Cənubi Qafqazda regional kommunikasiyaların bərpası ölkələrin suverinliyi, ərazi bütövlüyü və bərabərliyi prinsipləri əsasında reallaşmalıdır. Bu tamamiylə aydın məsələdir və biz bunun icrası ilə razıyıq. Azərbaycan prezidenti də onunla razıdır. Təklif edirik ki, bunu kağız üzərinə gətirək və icra edək”,- Ruben Rubinyan deyib.
Ermənistan parlamentinin sədr müavini dövlət rəsmilərinin dilindən çıxan terminlərin həmən dövlətin həqiqi niyyətinin göstəricisi ilduğunu deyib və buna Ermənistanın “Sülh qovuşağı” Azərbaycanın isə “Zəngəzur dəhlizi” terminlərini misal göstərib:
“Niyə Ermənistan kommunikasiyaların bərbası sahəsindəki təşəbbüskarlığına “Sülh qovuşağı” adını verir? Ona görə ki, bizim niyyətimiz regionumuzu sülh qovuşağına çevirməkdir. Azərbaycan isə hələ də “Zəngəzur koridoru” ifadəsindən istifadə edir. Ermənistanın hakimiyyəti altında olan ərazilərdə Zəngəzur adlanan bir ərazi fahidi yoxdur və Ermənistan heç vaxt Azərbaycan Respublikasına eksterritorial dəhliz verilməsi ilə razılaşmayıb”,- Ruben Rubinyan deyib.
 
Source : SaharTV
Tagged
ermənistan
Comment