QR CodeQR Code

Netanyahu İsrailə xeyirdən çox ziyan vurur - Bayden

10 Mar 2024 17:36

IslamTimes - Netanyahunun (işğalçı İsrailin baş naziri - red.) İsraili müdafiə etmək, HƏMAS-ı təqibə davam etmək hüququ var, lakin atılan addımlar nəticəsində günahsız insanların ölümünə daha çox diqqət yetirməlidir.


Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden MSNBC telekanalına müsahibəsində deyib.

“Fikrimcə, o, dünyanın qalan hissəsinin İsrailin müdafiə etdiyi şeylərə qarşı çıxmasına səbəb olmaqla kömək etməkdən daha çox, İsrailə zərər verir. Və mən hesab edirəm ki, bu, böyük səhvdir”, - Amerika lideri bildirib.

Bayden sionist rejimin Rəfahda əməliyyat keçirməsinin “qırmızı xətt” olduğunu vurğulayıb, buna baxmayaraq, işğalçı İsrail rejimini heç vaxt tərk etməyəcəyini də elan edib.

 


Story Code: 1121609

News Link :
https://www.islamtimes.org/az/news/1121609/netanyahu-israilə-xeyirdən-çox-ziyan-vurur-bayden

Islam Times
  https://www.islamtimes.org