0
Sunday 10 March 2024 - 17:36

Netanyahu İsrailə xeyirdən çox ziyan vurur - Bayden

Story Code : 1121609
Netanyahu İsrailə xeyirdən çox ziyan vurur - Bayden
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden MSNBC telekanalına müsahibəsində deyib.

“Fikrimcə, o, dünyanın qalan hissəsinin İsrailin müdafiə etdiyi şeylərə qarşı çıxmasına səbəb olmaqla kömək etməkdən daha çox, İsrailə zərər verir. Və mən hesab edirəm ki, bu, böyük səhvdir”, - Amerika lideri bildirib.

Bayden sionist rejimin Rəfahda əməliyyat keçirməsinin “qırmızı xətt” olduğunu vurğulayıb, buna baxmayaraq, işğalçı İsrail rejimini heç vaxt tərk etməyəcəyini də elan edib.

 
Comment