QR CodeQR Code

Almaniya ordusunda silah, texnika və şəxsi heyət çatışmır

13 Mar 2024 01:38

IslamTimes - Bundesverdə şəxsi heyət və hərbi texnika çatışmazlığı ilə bağlı narahatlıq ifadə olunub. Resurs çatışmazlığı xüsusilə Almaniyanın Ukraynaya dəstəyi fonunda hiss olunur.


Bu barədə Almaniya parlamentinin müdafiə məsələləri üzrə komissarı Eva Heql məlumat verib.

“Təəssüf ki, Bundesverdə sursat, ehtiyat hissələri, rabitə vasitələri, tanklar, gəmilər və təyyarələrin çatışmazlığı var. Hərbi texnika ilə bağlı problemlərlə yanaşı, orduda kadr çatışmazlığı və hərbçilərin orta yaş həddi artır”, - bildirib.

Qeyd edək ki, 2023-cü ilin sonunda Almaniya ordusu personalının ümumi sayı 181 514 nəfər olub. Eyni zamanda, 20 minə yaxın vəzifə vakant qalıb.


Story Code: 1122221

News Link :
https://www.islamtimes.org/az/news/1122221/almaniya-ordusunda-silah-texnika-və-şəxsi-heyət-çatışmır

Islam Times
  https://www.islamtimes.org