0
Wednesday 13 March 2024 - 01:38

Almaniya ordusunda silah, texnika və şəxsi heyət çatışmır

Story Code : 1122221
Almaniya ordusunda silah, texnika və şəxsi heyət çatışmır
Bu barədə Almaniya parlamentinin müdafiə məsələləri üzrə komissarı Eva Heql məlumat verib.

“Təəssüf ki, Bundesverdə sursat, ehtiyat hissələri, rabitə vasitələri, tanklar, gəmilər və təyyarələrin çatışmazlığı var. Hərbi texnika ilə bağlı problemlərlə yanaşı, orduda kadr çatışmazlığı və hərbçilərin orta yaş həddi artır”, - bildirib.

Qeyd edək ki, 2023-cü ilin sonunda Almaniya ordusu personalının ümumi sayı 181 514 nəfər olub. Eyni zamanda, 20 minə yaxın vəzifə vakant qalıb.
Comment