QR CodeQR Code

Putindən təhdid dolu açıqlamalar – “Onlarla da müharibəyə hazırıq, nüvə silahı...”

13 Mar 2024 10:39

IslamTimes - Rusiya Prezidenti Vladimir Putin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü “mənasız addım” adlandırıb.


Teleqraf.com xəbər verir ki, Rusiya lideri iki ölkəyə qarşı mümkün tədbirlərə də diqqət çəkib.

“Finlandiya və İsveçin NATO-ya daxil olması mənasız addımdır”, - Putin bildirib.

Dövlət başçısı Finlandiya sərhədində heç bir rus əsgərinin olmadığını söyləyib və əlavə edib: “Orada əsgərimiz yox idi, indi nə olacaq? Finlandiya sərhədində hərbi baza quracağıq”.

Təhdidlərini davam etdirən Putin vurğulayıb: “Kimsə Rusiya dövlətinin varlığını təhdid edərsə, nüvə silahından istifadə etməyə hazırıq”.

Putin söyləyib ki, Rusiya nüvə müharibəsinə hazırdır, amma hələlik buna ehtiyac yoxdur: “Əgər ABŞ nüvə sınağı keçirsə, Rusiya da eynisini edəcək”.

 


Story Code: 1122247

News Link :
https://www.islamtimes.org/az/news/1122247/putindən-təhdid-dolu-açıqlamalar-onlarla-da-müharibəyə-hazırıq-nüvə-silahı

Islam Times
  https://www.islamtimes.org