0
Wednesday 13 March 2024 - 10:39

Putindən təhdid dolu açıqlamalar – “Onlarla da müharibəyə hazırıq, nüvə silahı...”

Story Code : 1122247
Putindən təhdid dolu açıqlamalar – “Onlarla da müharibəyə hazırıq, nüvə silahı...”
Teleqraf.com xəbər verir ki, Rusiya lideri iki ölkəyə qarşı mümkün tədbirlərə də diqqət çəkib.

“Finlandiya və İsveçin NATO-ya daxil olması mənasız addımdır”, - Putin bildirib.

Dövlət başçısı Finlandiya sərhədində heç bir rus əsgərinin olmadığını söyləyib və əlavə edib: “Orada əsgərimiz yox idi, indi nə olacaq? Finlandiya sərhədində hərbi baza quracağıq”.

Təhdidlərini davam etdirən Putin vurğulayıb: “Kimsə Rusiya dövlətinin varlığını təhdid edərsə, nüvə silahından istifadə etməyə hazırıq”.

Putin söyləyib ki, Rusiya nüvə müharibəsinə hazırdır, amma hələlik buna ehtiyac yoxdur: “Əgər ABŞ nüvə sınağı keçirsə, Rusiya da eynisini edəcək”.

 
Comment