QR CodeQR Code

ABŞ işğalçı İsrailə hərbi yardımı azaltdı

16 Mar 2024 08:37

IslamTimes - ABŞ qaniçən İsrail rejiminə hərbi yardım tempini azaldıb.


Teleqraf.com xəbər verir ki, bu barədə işğalçı İsrailin yüksək rütbəli rəsmisi ABC televiziyasına bildirib.

Rəsminin sözlərinə görə, İsrailin Qəzzaya hücumunun başlanğıcında ABŞ-ın hərbi yardımı daha intensiv idi, lakin zaman keçdikcə çatdırılmalar azalıb.

Gecikmələrin səbəbləri açıqlanmayıb, lakin qeyd edilib ki, işğalçı İsrail ABŞ-ın münaqişədən məyus olmasından və sionist dövlət tərəfindən Qəzza zolağına humanitar yardım çatdırmaq üçün kifayət qədər addım atılmamasından xəbərdardır.

İşğalçı İsrail ordusu şərh verməkdən imtina edib.


Story Code: 1122892

News Link :
https://www.islamtimes.org/az/news/1122892/abş-işğalçı-israilə-hərbi-yardımı-azaltdı

Islam Times
  https://www.islamtimes.org