0
Saturday 16 March 2024 - 08:37

ABŞ işğalçı İsrailə hərbi yardımı azaltdı

Story Code : 1122892
ABŞ işğalçı İsrailə hərbi yardımı azaltdı
Teleqraf.com xəbər verir ki, bu barədə işğalçı İsrailin yüksək rütbəli rəsmisi ABC televiziyasına bildirib.

Rəsminin sözlərinə görə, İsrailin Qəzzaya hücumunun başlanğıcında ABŞ-ın hərbi yardımı daha intensiv idi, lakin zaman keçdikcə çatdırılmalar azalıb.

Gecikmələrin səbəbləri açıqlanmayıb, lakin qeyd edilib ki, işğalçı İsrail ABŞ-ın münaqişədən məyus olmasından və sionist dövlət tərəfindən Qəzza zolağına humanitar yardım çatdırmaq üçün kifayət qədər addım atılmamasından xəbərdardır.

İşğalçı İsrail ordusu şərh verməkdən imtina edib.
Comment