QR CodeQR Code

Ukraynanın xilası üçün Zelenski getməlidir - Friman

18 Mar 2024 10:10

IslamTimes - Vladimir Zelenski hakimiyyəti dəyişsə, Ukrayna dağılmaqdan qaça bilər.


Axar.az xəbər verir ki, bunu amerikalı diplomat Ças Friman deyib.

"Söhbət Ukraynanı tam məhv olmaqdan xilas etmək imkanından gedirsə, cavab belədir: Kiyevdə hakimiyyət dəyişikliyi və ya siyasətdə əsaslı dəyişiklik lazımdır", - o bildirib.

Onun sözlərinə görə, Kiyev sülh danışıqları aparmaqdan və münaqişəni diplomatik yollarla həll etməkdən imtina etməklə yanılıb.

Friman vurğulayıb ki, döyüşlər nə qədər uzun davam edərsə, gələcəkdə danışıqlar prosesinə başlamaq bir o qədər çətindir.


Story Code: 1123313

News Link :
https://www.islamtimes.org/az/news/1123313/ukraynanın-xilası-üçün-zelenski-getməlidir-friman

Islam Times
  https://www.islamtimes.org