0
Monday 18 March 2024 - 10:10

Ukraynanın xilası üçün Zelenski getməlidir - Friman

Story Code : 1123313
Ukraynanın xilası üçün Zelenski getməlidir - Friman
Axar.az xəbər verir ki, bunu amerikalı diplomat Ças Friman deyib.

"Söhbət Ukraynanı tam məhv olmaqdan xilas etmək imkanından gedirsə, cavab belədir: Kiyevdə hakimiyyət dəyişikliyi və ya siyasətdə əsaslı dəyişiklik lazımdır", - o bildirib.

Onun sözlərinə görə, Kiyev sülh danışıqları aparmaqdan və münaqişəni diplomatik yollarla həll etməkdən imtina etməklə yanılıb.

Friman vurğulayıb ki, döyüşlər nə qədər uzun davam edərsə, gələcəkdə danışıqlar prosesinə başlamaq bir o qədər çətindir.
Comment