QR CodeQR Code

Zelenski: “ABŞ-nin dəstəyi olmasa Ukrayna Ordusu geri çəkiləcək”

30 Mar 2024 01:02

IslamTimes - ABŞ Kiyevə lazım olan hərbi yardımı verməsə, Ukrayna Silahlı Qüvvələri geri çəkiləcək.


Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "The Washington Post"a müsahibəsində deyib.

"ABŞ-nin dəstəyinin olmaması bizim hava hücumundan müdafiə sistemimizin, “Patriot” üçün raketlərimizin, 155 mm-lik artilleriya mərmilərimizin olmaması deməkdir. Bu o deməkdir ki, biz addım-addım, kiçik addımlarla geri çəkiləcəyik”, - Zelenski vurğulayıb.

Zelenski sursat çatışmazlığını misal çəkərək qeyd edib ki, əgər kifayət qədər sursat olmasa, Ukrayna cəbhə xəttini “daraltmağa” məcbur olacaq.


Story Code: 1125785

News Link :
https://www.islamtimes.org/az/news/1125785/zelenski-abş-nin-dəstəyi-olmasa-ukrayna-ordusu-geri-çəkiləcək

Islam Times
  https://www.islamtimes.org