0
Saturday 30 March 2024 - 01:02

Zelenski: “ABŞ-nin dəstəyi olmasa Ukrayna Ordusu geri çəkiləcək”

Story Code : 1125785
Zelenski: “ABŞ-nin dəstəyi olmasa Ukrayna Ordusu geri çəkiləcək”
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "The Washington Post"a müsahibəsində deyib.

"ABŞ-nin dəstəyinin olmaması bizim hava hücumundan müdafiə sistemimizin, “Patriot” üçün raketlərimizin, 155 mm-lik artilleriya mərmilərimizin olmaması deməkdir. Bu o deməkdir ki, biz addım-addım, kiçik addımlarla geri çəkiləcəyik”, - Zelenski vurğulayıb.

Zelenski sursat çatışmazlığını misal çəkərək qeyd edib ki, əgər kifayət qədər sursat olmasa, Ukrayna cəbhə xəttini “daraltmağa” məcbur olacaq.
Comment