QR CodeQR Code

İran xalqı Amerikanın əlini kəsəcək

HaqqYolu , 9 Nov 2011 16:07

IslamTimes - İran xalqının Amerikanın, ölkəsinə uzanmış əlini kəsmək üçün atom bombasına ehtiyacı yoxdur


İran İslam Respublikasının prezidenti Vaşinqtonun xalqları təhqir və milli sərvətlərini qarət prinsipini tənqid edərək deyib: İran xalqının Amerikanın, ölkəsinə uzanmış əlini kəsmək üçün atom bombasına ehtiyacı yoxdur.

İRNA-nın məlumatına əsasən, Mahmud Əhmədinejad Tehranda təhsil işçiləri və məktəblilərin Qurani-Kərimin hifz edilməsi layihəsinin açılış mərasimində deyib: İran xalqı keçmişdə olduğu kimi təfəkkür, mədəniyyət, ideya və məntiqi ilə bütün təzyiqlərə qalib gələcək.

İran prezidenti daha sonra deyib: Bu gün Amerika dövləti 5 min atom bombası ola-ola tam təkəbbürlə İranı nüvə bombası olması ilə ittihamlandırır.

İran prezidenti dünyanın indiki problemlərinin Amerikanın müdaxiləçiliyi sayəsində yarandığını qeyd edərək deyib: Amerika və müttəfiqləri özsərvətlərini digər xalqların sərvətini qarət edib onları məhv etməklə təmin edirlər.

Əhmədinejad Yokio Amanonun vəzifə və səlahiyyətləri haqda deyib: Təəssüflər olsun ki, o,agentliyin qanunlarına riayət etməməklə bərabər yalnız Amerikanın sözlərini təkrarlayır.

Əhmədinejad Amerikada nüvə stansiyalarının fəaliyyətlərini xatırladaraq deyib: AEBA İran barədə həqiqətə uyğun olmayan bir hesabat yaymağa çalışdığı bir zamanda hətta Amerika və digər ölkələrin atom silahı haqda heç bir söz demir və yalnız hadisələri müşahidə edir.


Story Code: 112679

News Link :
https://www.islamtimes.org/az/news/112679/iran-xalqı-amerikanın-əlini-kəsəcək

Islam Times
  https://www.islamtimes.org